AZ

Qızılın qiyməti 5 min dolları ötdü

Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min dollar səviyyəsini keçib.

Ölkə.az xəbər verir ki, COMEX-də (aprel 2026 kontraktı) qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar təşkil edib ki, bu da sutka ərzində 67,6 dollar və ya 1,37% artım deməkdir. Spot bazarda isə qızıl 4 987 dollar səviyyəsində qərarlaşıb və 1,04% bahalaşıb.

Eyni zamanda, digər qiymətli metallar üzrə də yüksəliş müşahidə olunur. Gümüş COMEX-də 5,15% artımla 101,33 dollar, platin spot bazarda 5,35% yüksəlişlə 2 778 dollar, mis isə 2,92% artımla 594,75 sent/funt səviyyəsinə qalxıb.

Analitiklər qiymətlərin yüksəlişini əsasən qlobal geosiyasi risklərin artması, mərkəzi bankların qızıla tələbinin güclənməsi, inflyasiya və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklər, eləcə də investorların "təhlükəsiz liman" aktivlərinə yönəlməsi ilə izah edirlər. ABŞ dollarının mövqeyində dalğalanmalar və maliyyə bazarlarında risk iştahının zəifləməsi də qızılın qiymətini dəstəkləyən amillər sırasındadır.

Seçilən
28
20
olke.az

10Mənbələr