AZ

Ukrayna-Rusiya-ABŞ danışıqlarının ikinci günü BAŞLADI

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

Qeyd edək ki, danışıqların ilk günündə tərəflər müharibənin başa çatma parametrlərini və danışıqlar prosesinin gələcəyini müzakirə ediblər.


Mətbuata qapalı keçirilən görüşdə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Rusiya nümayəndə heyətinin rəhbəri, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov, ABŞ nümayəndəsi Cared Kuşner, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov, ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kiril Budanovun iştirak etdiyi bildirilir.

Bizim.Media

Seçilən
70
36
bizim.media

10Mənbələr