Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Çin arasında ticarət əməliyyatlarınınhəcmi 4,874 milyard ABŞ dolları təşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1milyard ABŞ dolları və ya 30,2% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 9,86%-i həcmində olub. Bununla da Çin hesabatdövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollarlıq məhsul ixracıqeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dollarıvə ya 4,3 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 4,790 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüillə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir.Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxaletdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.