AZ

Həbs olunan Kamran Əsədovun vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov həbs edilib.

Prokuror qətimkan tədbiri şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqda" qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. Məhkəmə təqdimatı əsaslı hesab edib. Kamran əsədov məhkəmə zalında həbs edilib.

Kamran Əsədovun vəkili isə məhkəmənin qərarının əsassız olduğunu bildirib

Qeyd edək ki, ötən gün iş üzrə şahidlərdən biri ifadəsində Kamran əsədovun məhkəməyə gəlməməsi üçün ona təsir etdiyini deyib. Eyni zamanda hakim təqsirləndirilən şəxsdən Naftalan Rayon Polis Şöbəsinə də şikayət daxil olduğu barədə məlumatı olduğunu bildirib. Bu faktlar da müttəhimin şəxsin sərbəst mühakimə edilməsini mümkünsüz edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

17:28

İmtahanlara qanunsuz texniki vasitə keçirməklə ittiham edilən təhsil eksperti Kamran Əsədov həbs edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Kamran Əsədov məhkəmə zalında həbs olunub.

 

Seçilən
50
5
xezerxeber.az

10Mənbələr