AZ

Kamran Əsədov həbs edildi

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.

Vətəninfo.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib.

Prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün barəsində seçilmiş “başqa yerə getməmək haqda” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən gün iş üzrə şahidlərdən biri ifadəsində Kamran Əsədovun məhkəməyə gəlməməsi üçün ona təsir etdiyini deyib. Eyni zamanda hakim təqsirləndirilən şəxdən Naftalan Rayon Polis Şöbəsinə də şikayət daxil olduğu barədə məlumatı olduğunu bildirmişdi. Bu faktlar da təqsirləndirilən şəxsin sərbəst mühakimə edilməsini mümkünsüz edib.

Seçilən
48
5
veteninfo.az

10Mənbələr