Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Meyxanaçı Ağamirzə müğənni Türkan Vəlizadə ilə bağlı maraqlı açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, Türkan Vəlizadə dəvət olunduğu məclislərdə hər zaman canla-başla, heç bir təmənna güdmədən iştirak edib.
Onun sözlərinə görə, müğənni dəfələrlə məclislərdə çıxış etsə də, ödəniş götürməyib: "Adam xəcalət çəkir. Qızımın toyunda da çox gözəl iştirak etdi. Sonradan bildik ki, hətta pul da yazdırıb".
Ağamirzə həmçinin Türkan Vəlizadə və həmkarı Pərviz Bülbülə ilə birlikdə səfərdə olduqlarını, yol yoldaşlığının da çox yaxşı keçdiyini qeyd edib.
Meyxanaçı çıxışı zamanı Pərviz Bülbülədən zarafatla "şikayət" etməyi də unutmayıb. O, Pərvizin üç dəfə sözünü yerə saldığını deyərək gülümsədib:
"Pərvizdən şikayətçiyəm. 3 dfəfədən çox sözümü yerə salıb. Ona verilən şabaşları gətirib qabağıma qoyur. Deyirəm ki, belə olmaz".
Qeyd edək ki, Ağamirzənin bu açıqlamaları studiyada gülüş doğurub və izləyicilərin marağına səbəb olub.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.