Soyuq və günəşsiz qış aylarında bir çox insanda halsızlıq və əhval düşkünlüyü müşahidə olunur. Mütəxəssislər bildirir ki, düzgün qidalanma əhvalın yüksəlməsində mühüm rol oynayır.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmalara görə, aşağıdakı qidalar xoşbəxtlik hormonlarının (serotonin və dopamin) artmasına kömək edir:
Tünd şokolad - stressi azaldır, əhvalı yüksəldir
Banan - serotonin istehsalını artırır
Qoz, badam, fındıq - sinir sistemini gücləndirir
Balıq (xüsusilə somon) - omega-3 ilə depressiya riskini azaldır
Yumurta - B vitaminləri ilə enerji verir
Yulaf və tam taxıllar - qan şəkərini balansda saxlayır
Portağal, naringi, limon - C vitamini ilə yorğunluğu azaldır
Mütəxəssislər qış aylarında bu qidaların rasiona daxil edilməsini, eyni zamanda kifayət qədər su içməyi və gün işığından mümkün qədər faydalanmağı tövsiyə edirlər.