
İstanbul Baş Prokurorluğu məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində 14 məşhur şəxsin narkotik testlərinin müsbət nəticə verdiyini açıqlayıb.
Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kızılcık Şerbeti” serialının aktyoru Doğukan Güngörün və sosial media fenomeni Ceyda Ərsoyun qanında kokain aşkarlanıb.
Testi müsbət çıxan məşhurlar arasında Binnur Buse Alper, Merve Eryiğit, Veysel Avcı, Sedef Selen Atmaca, Arif Altunbulak, Ece Cerenbeli, Merve Uslu, Ceren Yıldırım, Gözde Anuk, Suat Yıldız və digərləri yer alıb.
Testi neqativ çıxan məşhurlar: Özge Bitmez, Sevgi Taşdan, Gülsüm Bayrak və Gizem Özköroğlu.
İstintaq hələ davam edir, İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı əlavə açıqlama verəcəyini bildirib.
Seyranə QuliyevaMissiya.Az