AZ

14 məşhurun ​​narkotik testi müsbət çıxdı

İstanbulun 4 vilayətində keçirilən narkotik əməliyyatında saxlanılan məşhurların test nəticələri açıqlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qan nümunələri götürülən şəxslərin test nəticələri müsbət çıxıb.

Saxlanılanlar arasında "Kızılcık şerbeti" serialının baş aktyorlarından biri olan 29 yaşlı Doğukan Güngör də var.

"Narkotik istifadə etdiyimi etiraf etdim. Peşmanam. Bir daha qadağan olunmuş maddələrdən istifadə etməyəcəyəm. Narkotiklərin xaricdə qanuni olduğunu bilirdim. Onu da qeyd edim ki, heç kimə narkotik verməmişəm. Narkotik məclislərinə qatılmamışam", - deyə Güngör məsələ ilə bağlı açıqlamasında bildirib.

Seçilən
30
45
publika.az

10Mənbələr