AZ

Venesuela Azərbaycandan 3 dəfə çox xam neft satır – Çin və Avropaya satışda geriləmə var

Venesuelada xam neft hasilatı və ixracı son aylarda azalma tendensiyası göstərir.

“7Times.az” beynəlxalq maliyyə bazarlarının hesabatlarına istinadla xəbər verir ki, 2025-ci ilin noyabr ayında Venesuela üzrə xam neft hasilatının həcmi gündəlik 1 milyon 121 min barel, ixracın həcmi isə 921 min barel təşkil edib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Azərbaycanda gündəlik xam neft hasilatı 577 min barel, ixrac isə 349 min barel səviyyəsində olub.

Qeyd edilir ki, dekabr ayında Venesuelada xam neft hasilatı təxminən 14 faiz azalıb və bu, ixrac göstəricilərinə də ciddi təsir göstərib. İxracdakı azalma əsasən Çin və Avropa bazarları hesabına baş verib.

Bununla yanaşı vurğulanır ki, ABŞ-yə Venesuela neftinin ixracı böyük həcmdə olmasa da, aylıq təxminən 5,1 milyon barel səviyyəsində qalaraq üç ay ardıcıl sabitlik nümayiş etdirib.

Mənbə daha bir maraqlı məqama da diqqət çəkir. Bildirilir ki, bu ilin sentyabr ayında Venesuela demək olar ki, gündəlik 1 milyon barel neft ixrac edib. Bu göstərici 2019-cu ilin fevralından bəri ən yüksək səviyyə hesab olunur. Qeyd olunur ki, 2018-ci ildə Venesuelanın gündəlik neft ixracı 1,3 milyon barel, ən yüksək tarixi göstərici isə 2015-ci ildə – 1,97 milyon barel səviyyəsində qeydə alınıb.

AzPolitika

Seçilən
79
50
7times.az

10Mənbələr