
Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus öz istəkləri ilə Ermənistana təhvil verilib.
AFN.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan” nəşrinə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan verib.
Nazirin sözlərinə görə, sözügedən 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına rəsmi müraciət ünvanlayıb və bu müraciətlər əsasında onların Ermənistana keçirilməsi təmin olunub.
Qeyd edilib ki, həmin şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da bölgədə qalaraq yaşamaqda davam ediblər.