AZ

Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. 

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər. 

Təhvil verilən şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.

Seçilən
65
2
herbiand.az

10Mənbələr