AZ

9 komanda üçün mübarizə bitdi, “Qarabağ”ın şansı artdı! ÇL in son turu ərəfəsində

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Yanvarın 21-də Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun daha 9 oyunu keçirilib. Nəticələrlə tanış olun:Qarabağ – Ayntraxt F (Almaniya) 3:2Duran, 4; 80. Mustafazadə, 90+4 – Can Uzun, 10. Şaibi, 78-p.Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya) 1:1Lyorente, 20-öz qapısına – Simeone, 4.Marsel (Fransa) – Liverpul (İngiltərə) 0:3Soboslai, 45+1. Rulyi, 72-öz qapısına. Qakpo, 90+3.Slaviya (Çexiya) – Barselona (İspaniya) 2:4Kusey, 10. Levandovski, 44-öz qapısına – F.Lopes, 34; 42. Olmo, 63. Levandovski, 71.Yuventus (İtaliya) – Benfika (Portuqaliya) 2:0K.Türam, 55. Makkenni, 64.Bavariya (Almaniya) – Yunion (Belçika) 2:0Keyn, 52; 55-p.Nyukasl (İngiltərə) – PSV (Niderland) 3:0Vissa, 8. Qordon, 30. Barns, 65.Atalanta (İtaliya) – Atletik (İspaniya) 2:3Skamakka, 16. Krstoviç, 88 – Quruseta, 58. Serrano, 70. Navarro, 74. Çelsi (İngiltərə) – Pafos (C.Kipr) 1:0Kaysedo, 78.Beləliklə, son tur ərəfəsində “Qarabağ” 10 xalla “Qalatasaray”la 17-18-ci yerləri bölüşür. 9 komanda – “Bude/Qlimt”, “Benfika”, “Pafos”, “Yunion”, “Ayaks”, “Ayntraxt”, “Slaviya”, “Vilyarreal” və “Kayrat” üçün ÇL-də mübarizə bitib. Son turda “Qarabağ”ı arxada qoymaq imkanı olan komandaların siyahısı: “Marsel”, “Bayer-04”, “Monako”, PSV, “Atletik”, “Olimpiakos”, “Napoli”, “Kopenhagen”, “Brügge”. İndi isə bu komandaların son turdakı təqvimi ilə tanış olun: “Brügge” – “Marsel”, “Bayer-04” – “Vilyarreal”, “Monako” – “Yuventus”, PSV – “Bavariya”, “Atletik” – “Sportinq”, “Ayaks” – “Olimpiakos”, “Napoli” – “Çelsi”, “Barselona” – “Kopenhagen”.Göründüyü kimi, “Qarabağ”ı dayandırmağa iddialılardan ikisi – “Brügge” ilə “Marsel” bir-biri ilə oynayacaq. Üstəlik “Kopenhagen”i “Barselona”, “Monako”nu “Yuventus”, PSV-ni “Bavariya” ilə oyun gözləyir. Bu qədər oyunun hamısının bizi qane etməyən hesabla bitməsi ağlasığmazdı. Artıq əminliklə “Qarabağ”ı pley-offa vəsiqə münasibəti ilə təbrik etmək olar. Yox, “tələsməyək” deyirsizsə, mən razı, yanvarın 28-ni gözləyək!ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
12
icma.az

10Mənbələr