AZ

“Liverpul”un ÇL statistikası son iki oyundur…

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ” bu gün Çempionlar Liqasında “Liverpul”un qonağı olacaq. İngiltərədə, “Enfild Roud”da baş tutacaq görüşə saat 00:00-da start veriləcək.

“Qarabağ” Liqa mərhələsində 7 turdan sonra 10 xalla 18-ci sıradadır. “Liverpul” isə 15 xalla 4-cü pillədə qərarlaşıb və pley-offa vəsiqəni təmin edib. Mersisaydlarda hədəf 1/8 finala qalmaqdır.

“Liverpul” bu mövsüm Çempionlar Liqasında 5 qələbə qazanıb, 2 dəfə uduzub. Arne Slotun rəhbərlik etdiyi kollektiv evdə PSV-yə, səfərdə isə “Qalatasaray”a məğlub olub. Komanda son iki matçında isə qalib gəlib.

“Liverpul” bu mövsüm ÇL-də ev oyunlarında qazanılan nəticəyə görə 20-ci sıradadır. Mersisaydlılar “Enfild Roud”da 1 dəfə uduzub, 2 dəfə qələbə qazanıb. Səfərdə isə ən yaxşı göstərən ikinci komanda liverpullulardır. Slotun komandası 4 səfər görüşündə bir dəfə məğlub olub, üç dəfə qələbə qazanıb.

“Liverpul” turnirdə ümumilikdə 14 qol vurub, 8-ni buraxıb. Komanda son iki matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

“Qarabağ” isə 3 səfər oyununun 1-də qalib gəlib, 2-də uduzub. Azərbaycan təmsilçisi Liqa mərhələsində 13 qol vurub, 15-ni buraxıb. Azərbaycan təmsilçisi yalnız “Kopenhagen”lə ev matçında (2:0) qapısını toxunulmaz saxlamağı bacarıb.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
futbolpress.az

1Mənbələr