AZ

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb - VİDEO

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış 7-11 yanvarda Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Qeyd edək ki, bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.

İdman.Biz
Seçilən
18
11
idman.biz

10Mənbələr