AZ

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib

Azərbaycan Güləş Federasiyası (AGF) yeni layihəyə start verib.

Qurumdan SİA-ya verilən məlumata görə, bundan sonra ölkədaxili yarışların ardından müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin turnirin baş hakimi Asif Şirəliyev bəzi qarşılaşmalarda qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Qeyd edək ki, layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydaları ilə bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.

Seçilən
49
11
sia.az

10Mənbələr