AZ

Səhiyyə Nazirliyində beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 21 yanvar2026-cı il tarixində beynəlxalq əczaçılıq şirkəti olan “Pfizer”inQafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regionalnümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının səhiyyə naziriTeymur Musayev, eləcə də Səhiyyə Nazirliyinin aidiyyəti strukturbölmələrinin mütəxəssisləri iştirak ediblər.

Görüş zamanı səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri,o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhaliqruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsiningenişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlikyükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərinmüalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələraparılıb.

Teymur Musayev infeksion xəstəliklərin profilaktikasının vəsosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin millisəhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunuvurğulayıb. Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlıəhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasındamühüm yer tutur, onkoloji xəstəliklər isə regionda ölüm hallarınınəsas səbəblərindən biri olaraq qalır. Bu kontekstdə tərəflərpasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxışimkanlarının genişləndirilməsi onların həyat keyfiyyətininyaxşılaşdırılması baxımından əhəmiyyətliolduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələraparılıb və gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi iləbağlı fikir mübadiləsi aparılıb.

Səhiyyə
Səhiyyə
Seçilən
116
4
az.trend.az

5Mənbələr