AZ

SN-də beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 21 yanvar 2026-cı il tarixində beynəlxalq əczaçılıq şirkəti olan “Pfizer”in Qafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regional nümayəndə heyəti ilə görüş keçirilib.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, eləcə də Səhiyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri iştirak ediblər.

Görüş zamanı səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhali qruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsinin genişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlik yükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr aparılıb.

Teymur Musayev infeksion xəstəliklərin profilaktikasının və sosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin milli səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlı əhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasında mühüm yer tutur, onkoloji xəstəliklər isə regionda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. Bu kontekstdə tərəflər pasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxış imkanlarının genişləndirilməsi onların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətliolduğunu bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb və gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
54
4
adalet.az

5Mənbələr