AZ

Bir gecədə 6 velosiped oğurlayan şəxs saxlanılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Hadisələr zamanı ayrı-ayrı şəxslərə məxsus 6 ədəd velosiped oğurlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R. Məmmədovu müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
134
11
azertag.az

10Mənbələr