AZ

Bir gecədə 6 velosiped oğurlayan şəxs saxlanıldı

BAKI, 21 yanvar. TELEQRAF

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar.

Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
143
11
teleqraf.com

10Mənbələr