Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılacağı bəlli olub.Oxu.Az Tengrinews.kz saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev bildirib.“Söhbət Qazaxıstanın vitse-prezidenti vəzifəsinin yaradılmasından və onun konstitusiyada təsbit edilməsindən gedir. Vitse-prezidentin namizədliyi prezident tərəfindən irəli sürüləcək və parlamentdə səs çoxluğu ilə təyin ediləcək. Onun səlahiyyətlərinin dairəsini dövlət başçısı özü müəyyən edəcək”, – deyə Tokayev bildirib.Prezidentin sözlərinə görə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq forumlarda və xarici nümayəndə heyətləri ilə danışıqlarda Qazaxıstanı təmsil edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


