AZ

Qazaxıstanda vitse-prezident vəzifəsi yaradılacaq

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılacağı bəlli olub.

Hafta.az xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev bildirib.

"Söhbət Qazaxıstanın vitse-prezidenti vəzifəsinin yaradılmasından və onun konstitusiyada təsbit edilməsindən gedir. Vitse-prezidentin namizədliyi prezident tərəfindən irəli sürüləcək və parlamentdə səs çoxluğu ilə təyin ediləcək. Onun səlahiyyətlərinin dairəsini dövlət başçısı özü müəyyən edəcək", - deyə Tokayev bildirib.

Prezidentin sözlərinə görə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq forumlarda və xarici nümayəndə heyətləri ilə danışıqlarda Qazaxıstanı təmsil edəcək. /Tengrinews.kz/

Seçilən
155
2
hafta.az

7Mənbələr