AZ

Dünyada milyarderlərin sərvəti tarixi maksimuma çatıb

2025-ci ildə milyarderlərin ümumi sərvəti tarixi maksimuma yüksələrək 18,3 trilyon ABŞ dolları təşkil edib. Bu barədə beynəlxalq təşkilat “Oxfam” məlumat yayıb.

Təşkilatın “Zənginlərin hakimiyyətinə müqavimət: azadlığın milyarderlərin gücündən qorunması” adlı hesabatında deyilir: “Hazırda dünya üzrə milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollara çatıb — bu, tarixdə ən yüksək göstəricidir. 2025-ci ildə sərvət 16%-dən çox artıb ki, bu da son beş ilin orta göstəricisindən üç dəfə sürətlidir”.

Məlumata görə, 2020-ci ildən bəri milyarderlərin sərvəti “heyrətamiz” dərəcədə — 81% artıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, dünyada milyarderlərin sayı da artaraq ilk dəfə 3 min nəfəri ötüb. Eyni zamanda, dünyada hər dörd nəfərdən biri kifayət qədər qida ala bilmir, “dünya əhalisinin demək olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”.

Seçilən
70
5
azpost.info

6Mənbələr