AZ

Milyarderlərin sərvəti ötən il tarixi maksimuma çatdı

Bakı. Trend:

2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti tariximaksimuma çataraq 18,3 trilyon ABŞ dolları təşkil edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə beynəlxalq “Oxfam” təşkilatıməlumat yayıb.

“Hazırda dünyadakı milyarderlərin ümumi sərvəti 18,3 trilyondollara çatıb ki, bu da tarixdə qeydə alınmış ən yüksəkgöstəricidir. 2025-ci ildə bu sərvət 16 faizdən çox artıb ki, bu dason beş ilin orta artım tempindən üç dəfə sürətlidir”,- təşkilatınhesabatında qeyd olunur.

2020-ci ildən bu yana milyarderlərin sərvəti ümumilikdəinanılmaz dərəcədə - 81 faiz artıb. Mütəxəssislərinqiymətləndirməsinə görə, dünyada milyarderlərin sayı da artaraq ilkdəfə 3 min nəfəri ötüb. “Bununla yanaşı, dünyada hər dörd nəfərdənbiri yetərsiz qidalanmadan əziyyət çəkir, dünya əhalisinin deməkolar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”, - materialdaqeyd olunur.

Məqalədə:
Seçilən
51
5
az.trend.az

6Mənbələr