Bakı. Trend:
Ötən ilin yanvar–noyabr aylarında Azərbaycandan Suriya ƏrəbRespublikasına 86,983 milyon ABŞ dolları dəyərində 253,657 milyonkubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrüPrezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəriçərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasındaAnlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasınınsədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd ƏlBəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texnikihazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isəAzərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına startverilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyardkubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilisşəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarınaçatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalıgücünə nail olunması nəzərdə tutulur.
Əlavə edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarındaAzərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyonkubmetr və ya 3% azdır.
Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxaledilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyərifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımındanisə 261,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.