BAKI, 30 dekabr. TELEQRAF
2025-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkəninin siyahısı açıqlanıb.
Teleqraf xəbər verir ki, Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında birinci yerdə Rusiya qərarlaşıb. Hesabat dövründə qonşu ölkəyə ixracın dəyəri 1.08 milyard dollar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixracda 100 milyon ABŞ dolları dəyərində artım qeydə alınıb. 2024-cü ilin eyni dövründə ixrac göstəricisi 1.07 mlrd. ABŞ dolları olub.
Qeyri-neft məhsullarının ixracında ikinci sırada 546.1 milyon ABŞ dolları ilə Türkiyə yer alıb. Ötən ilin eyni dövründə bu ölkəyə qeyri-neft ixracı 507,1 milyon ABŞ dolları təşkil edirdi.
Hesabat dövründə Azərbaycan Rusiya və Türkiyədən sonra ən çox qeyri-neft məhsulu İsveçrəyə ixrac edib. Bu ölkə ilə ixrac əməliyyatları 315,3 milyon dollar olub. Otən ilin eyni dövrü ilə müqayisədə 121,7 milyon artım qeydə alınıb. Beləliklə, İsveçrə qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin sıralamasında Gürcüstanın yerini alıb. 2024-cü ilin yanvar-noyabr aylarında qonşu ölkə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında üçüncü sırada yer alırdı.
Qeyri-neft ixracında dördücü və beşinci sırada yer alan Gürcüstan və Urkaynaya ixrac həcmlərinə gəlincə, müvafiq olaraq 306,1 eləcə də 190,2 milyon dollar təşkil edib.