Yazını böyüt
Yazını kiçilt
Britaniyalı şahzadə Yevgeniya atası şahzadə Endryunun pedofil maliyyəçi Ceffri Epşteyn ilə münasibətləri aşkar edildikdən sonra onunla əlaqəsini tamamilə kəsib.
Hafta.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verir. Nəşrin məlumatına görə, otuz beş yaşlı Yevgeniya Endryu ilə danışmaqdan imtina edir və hətta Miladda onu ziyarət etməyib.
Yevgeniyanın böyük bacısı şahzadə Beatris isə fərqli yanaşma tətbiq edərək atası ilə əlaqə saxlamağa və kral ailəsindəki nüfuzunu qorumağa çalışır.
Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə həbs olunmuşdu. O, 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.