AZ

Şahzadənin qızı onunla bütün əlaqələrini kəsdi

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Britaniya şahzadəsi Yevgeniya atası şahzadə Endryunun pedofil maliyyəçi Ceffri Epşteyn ilə münasibətləri aşkar edilməsini qəbul etməyib və onunla əlaqəsini tamamilə kəsib.

Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, otuz beş yaşlı Yevgeniya Endryu ilə danışmaqdan imtina edir və hətta Miladda onu ziyarət etməyib.

Yevgeniyanın böyük bacısı şahzadə Beatris isə fərqli yanaşma tətbiq edərək atası ilə əlaqə saxlamağa və kral ailəsindəki nüfuzunu qorumağa çalışır.

Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə həbs olunmuşdu. O, 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
2
bakivaxti.az

3Mənbələr