ABŞ qüvvələri İraqın Ayn əl-Əsəd aviabazasını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, ABŞ qüvvələri İraqdakı Ayn əl-Əsəd aviabazasından çıxıb və İraq ordusu bu bazaya tam nəzarəti ələ alıb.
Qeyd olunur ki, baza İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi əsas məkanlardan biri idi.
Xatırladaq ki, 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin İraqdan çıxarılması planları barədə razılığa gəliblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta