İraq Ordusu ABŞ ordusunun geri çəkilməsindən sonra beynəlxalq koalisiya tərəfindən istifadə edilən İraqın qərbindəki Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd hava bazasına nəzarəti təmin edib.
APA xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
"17 yanvarda ordunun baş qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah ABŞ qoşunlarının geri çəkilməsi və İraq ordusunun bazaya tam nəzarəti təmin etməsindən sonra Ayn əl-Əsəd hava bazasında müxtəlif qollar və birləşmələr arasında tapşırıq və məsuliyyətlərin bölüşdürülməsinə nəzarət edib", - açıqlamada deyilir.