AZ

“Sabah”dan 9 qollu qələbə

Premyer Liqa təmsilçisi “Sabah” yoxlama oyununda I Liqada çıxış edən “Mingəçevir”lə qarşılaşıb.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısından keçiriblər.

Seçilən
30
7
msport.az

7Mənbələr