AZ

"Sabah" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

Misli Premyer Liqası təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısından keçiriblər.

Seçilən
100
7
fanat.az

7Mənbələr