AZ

U 21 millimiz Şamaxı ya uduzdu

ain.az, 525.az saytına istinadən bildirir.

Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununa çıxıb.

525.az xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşıb.

Matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Oruc Məmmədov vurub.

Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
525.az

7Mənbələr