AZ

U-21 millimiz "Şamaxı"ya uduzdu

style='margin-bottom:10px;'>

Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşıb.

Matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Oruc Məmmədov vurub.

Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.

Seçilən
67
2
teleqraf.com

7Mənbələr