AZ

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illik yubiley gecəsi keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bakıda dünyaşöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi təşkil olunub.

TurkicWorld xəbər verir ki, yanvarın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Gecədə rəsmi şəxslər, tanınmış mədəniyyət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə Rəşid Behbudovun zəngin yaradıcılıq yolunu əks etdirən arxiv video-materiallar nümayiş olunub. Daha sonra tanınmış sənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim edilib.

Yubiley gecəsində Xalq artistləri Yusif Eyvazov, Salman Qəmbərov, Aygün Bayramova, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov və Abbas Bağırov, eləcə də solistlər Sevda Ələkbərzadə, Fərid Əliyev, Zamiq Hüseynov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Leyla Rəhimova, Azad Şabanov, Anar Şuşalı və Taleh Yahyayev çıxış ediblər.

İfa olunan musiqi nömrələri unudulmaz sənətkarın əziz xatirəsinə ehtiram əlaməti kimi səsləndirilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətində tutduğu müstəsna yerin bir daha vurğulanması ilə yadda qalıb.

Seçilən
1
4
turkic.world

10Mənbələr