Yanvarın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr edilmiş gecə keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə rəsmilər, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri nümayiş etdirilib.
Gecədə Xalq artistləri Yusif Eyvazov, Salman Qəmbərov, Aygün Bayramova, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Abbas Bağırov, solistlər Sevda Ələkbərzadə, Fərid Əliyev, Zamiq Hüseynov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Leyla Rəhimova, Azad Şabanov, Anar Şuşalı və Taleh Yahyayev çıxış ediblər.
İfa olunan musiqi nömrələri unudulmaz sənətkarın əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənib, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
















