AZ

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Kahramanmaraş şəhərinin Göksun rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Yeraltı təkanlar bu gün saat 14:09-da baş verib. Zəlzələnin yerin təxminən 7,1 kilometr dərinliyində baş verdiyi bildirilib.

Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Seçilən
26
1
turkic.world

4Mənbələr