AZ

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Hatay şəhərinin Antakya rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Yeraltı təkanlar bu gün saat 13:15-də baş verib. Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilib.

Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Seçilən
17
1
turkic.world

2Mənbələr