AZ

Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır Qiymət 2 mindən başlayır

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 10-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 235 min 805 manat olan 135 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.

Oxunub 90

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
116
2
avtosfer.az

10Mənbələr