AZ

DSX-nin gəmisi 230 min manata satışa çıxarılır

Gələn il fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Moderator.az quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 287 min 500 manat olan 11 nəqliyyat vasitəsi, o cümlədən, Dövlət Sərhəd Xidmətinə məxsus, istehsal ili 1969-cu il olan "Point Brower D" markalı gəmi çıxarılacaq. Gəminin start qiyməti 230 min manat müəyyən edilib.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.

Seçilən
16
9
moderator.az

10Mənbələr