“Prezident Donald Trampa Nobel Sülh Mükafatını təqdim etdim”.
Senzor.az “Reuters“ə istinadən bildirir ki, Venesuelanın müxalifət lideri Mariya Korina Maçado bunu Ağ Evdə Trampla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bolivar xalqı azadlığımız uğrunda göstərdiyi bənzərsiz mövqeyə görə Vaşinqtonun varisi kimi qəbul edilən şəxsə - Donald Trampa Nobel Sülh Mükafatının medalını təqdim edir”, - o deyib.
Mariya Korina Maçado Trampın bu medalı qəbul edib-etmədiyi ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.
Amma çox keçmədən ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb ki, Nobel Sülh Mükafatını Venesuelanın müxalifət lideri Mariya Korina Maçadodan qəbul edib. Tramp Maçadonun özünün Nobel Sülh Mükafatını ona təqdim etməsini hörmət əlaməti adlandırıb