AZ

HƏMAS idarəetməni təhvil verməyə hazırdır

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni yeni yaradılmış texnokratik administrasiyaya təhvil verməyə razılaşıb.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Fələstin Milli Muxtariyyəti (FMM) rəhbərinin müşaviri Mahmud əl-Habaşa istinadla məlumat yayıb.

Onun sözlərinə görə, 15 üzvdən ibarət administrasiya Qəzzanın idarə olunmasını üzərinə götürəcək və ABŞ Prezidenti Donald Trampın ötən il razılaşdırdığı plan çərçivəsində fəaliyyət göstərəcək. Administrasiya Fələstin Milli Hakimiyyəti ilə əlaqəli işləyəcək, lakin qərarlarında müstəqil olacaq.

Bildirilib ki, administrasiyanın əsas vəzifəsi humanitar məsələlərin həlli, əhaliyə zəruri xidmətlərin göstərilməsi və Fələstin əhalisinin köçürülməsinin qarşısının alınmasıdır. Siyasi məsələlər administrasiyanın səlahiyyətlərinə daxil olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
modern.az

8Mənbələr