AZ

HƏMAS Qəzzada idarəçiliyi yeni administrasiyaya verəcək

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni yeni yaradılmış texnokratik administrasiyaya təhvil verməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə Fələstin Milli Muxtariyyəti rəhbərinin müşaviri Mahmud əl-Habaşa bildirib.

15 üzvdən ibarət yeni administrasiya Qəzzanı ABŞ Prezidenti Donald Trampın ötən il razılaşdırdığı plan çərçivəsində idarə edəcək.

Administrasiyanın əsas vəzifəsi humanitar məsələlərin həlli, əhaliyə zəruri xidmətlərin göstərilməsi və Fələstin əhalisinin köçürülməsinin qarşısının alınmasıdır. Hərbi və xarici siyasi məsələlər administrasiyanın səlahiyyətlərinə daxil olmayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
4
axar.az

8Mənbələr