AZ

“Ermənilərin bizə qaytarılması və iki suriyalının təhvil verilməsi bir-biri ilə əlaqəli deyil” » AzadMedia.az



“Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”.

Bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.

“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, - Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.
Seçilən
83
3
azadmedia.az

4Mənbələr