Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil...
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, deyə Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.
Poliqon.info