AZ

Azərbaycan və Pakistan deputatlarının onlayn görüşü keçirildi

Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Syed Raza Əli Gillani arasında videokonfrans formatında görüş keçirilib.

Publika.az xəbər verir ki, Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Qeyd olunub ki, 2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında parlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlət xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur. Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Syed Raza Əli Gillani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda Pakistan nümayəndə heyətinin iştirakını xüsusi vurğulayıb. Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Seçilən
77
18
publika.az

10Mənbələr