AZ

Azərbaycan və Pakistan parlamentlərinin onlayn görüşü keçirilib

Bakı. Trend:

Yanvarın 15-də Milli Məclisin Pakistanla parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və PakistanMilli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri SyedRaza Əli Gillani arasında videokonfrans formatında görüşkeçirilib.

Bu barədə Trend-əMilli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatverilib.

Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrinyüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevinölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusiəhəmiyyət verdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci il noyabrın8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuşHərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimizarasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsiolub. Bildirilib ki, Azərbaycan və Pakistan arasındaparlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlətxidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur.Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədəuğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Syed Raza Əli Gillani AzərbaycanRespublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsrolunmuş beynəlxalq konfransda iştirakını məmnuniyyətlə xatırladıb.Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafındaparlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdəəməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlarmövcuddur.
Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası əlaqələrüzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov, ArzuNağıyev, Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, SyedaAmnah Batool, Muhammad Moin Aamer Pirzada , eləcə də hər ikiölkənin səfirləri Qasım Mohiuddin və Xəzər Fərhadov ikitərəfliəməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikirlərinibölüşüblər.

Məqalədə:
Seçilən
60
18
az.trend.az

10Mənbələr