ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi yerli medianın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün vizaların ləğv edilməsi haqda yaydığı məlumatı təkzib edib.
Səfirlik məsələylə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:
“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.”