AZ

“Azərbaycanla bağlı bu məlumat yalandır” - ABŞ Səfirliyi

“ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.

FED.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.

“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.

 

Seçilən
43
23
fed.az

10Mənbələr