Azərbaycanda “Sabah” və “Zirə”də çıxış etmiş Vinsent Tillin yeni komandası bəlli olub.
Msport.az xəbər verir ki, lüksemburqlu vinger Almaniyada oynayacaq.
O, III liqa təmsilçisi “Valdhof Manhaym” klubuna keçib. Tilllə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi 2023-2025-ci illərdə “Sabah”da çıxış edib. O, bu komandada 35 oyuna 3 qol vurub. 2025-ci ilin iyununda “Zirə”yə keçən futbolçu cəmi 3 aydan sonra göndərilib. O, zədə səbəbindən “Zirə”də oyuna çıxmayıb.